bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Güclü maqnit fırtınası xəbərdarlığı: bu problemlər yaranacaq

10-02-2024, 09:53 0 dəfə baxılıb






Günəş ləkələrinin kütləvi birləşməsi nəticəsində Yerə güclü maqnit fırtınaları gətirə bilər. Belə ki, Günəşin Yer kürəsinə baxan hissəsində “AR3576” adlı nəhəng ləkələrin qrupu meydana gəlib ki, bu da Yer kürəsindən dörd dəfə böyükdür.

Publika.az xəbər verir ki, maqnit fırtınaları genişliyi 200 min kilometr təşkil edir.

Bu ləkələr qrupu ən azı dörd nüvədən ibarətdir ki, onların hər biri Yer kürəsindən daha böyükdür.
Günəş ləkələri onun səthində daha qaranlıq və soyuq bölgələrdir. Bunlarda müşayiət olunan elektromaqnit partlayışlar yarada bilər. Günəş şimşəkləri, maqnit enerjisinin Günəşdə güclü elektromaqnit şüalanması şəklində sərbəst buraxılması nəticəsində meydana gəlir.

ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin (NOAA) alimlərinin sözlərinə görə, “AR3576”, Yer kürəsinə kosmik fırtınalar miqyasında ən güclü maqnit fırtınaları gələ bilər. Bu fırtına Yer kürəsində radio və digər texnoloji avadanlıqların fəaliyətinə ciddi xələl gətirməyə və peyklərin fəaliyyətini pozmağa qadirdir.(Baku.ws)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930