bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

DİN: Qadınların Polis Akademiyasına qəbulu dayandırılıb

20-04-2022, 09:44 101 dəfə baxılıb

DİN: Qadınların Polis Akademiyasına qəbulu dayandırılıb





Daxili İşlər Nazirliyi(DİN) bir sıra KİV-lərdə və sosial şəbəkələrdəki səhifələrdə qadın vətəndaşlarımızın Polis Akademiyasına, o cümlədən polis orqanlarında xidmətə qəbulunun dayandırılması ilə bağlı səslənən iddialara cavab verib.


Nazirliyin mətbuat xidmətinin bölmə rəisi, baş leytenant Zeyni Hüseynov bildirib ki, hazırda daxili işlər orqanlarında qadın əməkdaşlar kişilərlər birlikdə çiyin-çiyinə xidmət aparırlar:

"Qadın paqondaşlarımızın böyük bir qismi Daxili Qoşunlarda, Əlahiddə Çevik Polis Alayında, istintaq, təhqiqat, kadrlar və yetkinlik yaşına çatmayanlarla iş, pasport-qeydiyyat, informasiya-kommunikasiya, statistika, mətbuat, beynəlxalq əməkdaşlıq, maliyyə, tibb, təhsil sahələrində, "102” və "Təhlükəsiz Şəhər” qurumlarında, "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərir, kişi həmkarları ilə bərabər cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması kimi mühüm vəzifələri layiqincə yerinə yetirirlər”.

Nazirlik nümayəndəsi həmçinin qeyd edib ki, hazırda qadın vətəndaşların Polis Akademiyasına qəbulu dayandırılıb:

"Amma bu o demək deyil ki, qadın vətəndaşlarımız polis sıralarına qoşula bilməz. Qadın vətəndaşlarımız digər yerli ali təhsil müəssisələrini hüquq ixtisası üzrə bitirib polis orqanlarında xidmətə qəbul ola bilərlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930