bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Tanınmış cütlük Sarayda aldığı bağ evinə girə bilmir - FOTO

23-09-2020, 11:21 194 dəfə baxılıb

Tanınmış cütlük Sarayda aldığı bağ evinə girə bilmir - FOTO
"İl yarım öncə rəsmi qaydada ödəniş edib ev almışam. Çıxarış (kupça) öz adıma olsa da, keçmiş ev sahibi evi təhvil vermir. İcra məmuru isə məhkəmənin qərarını icra etmək üçün rüşvət istəyir".

Bu iddia ilə qafqazinfo-ya məşhur model İqaməddin Hüseynov müraciət edib. O bildirib ki, 2019-cu ilin iyun ayında Abşeron rayonu, Saray qəsəbəsində anası Arzu Hüseynovanın adına Züleyxa Mərdiyeva adlı şəxsdən fərdi yaşayış evi alıblar: "Notarius qaydasında alqı-satqı müqaviləsi imzaladıq, çıxarışlar anam Arzu Hüseynovanın adına keçirildi. Sonra ev sahibi bizdən 15 gün vaxt istədi. Biz 1 aylıq xaricə getdik deyə ona elə o qədər də vaxt verdik. Qayıdandan sonra yenə 10 gün, 15 gün vaxt istədilər, beləcə 2 ay gözlədik. Bundan sonra Züleyxa Mərdiyeva dedi ki, evdən çıxmır.

Məhkəməyə müraciət etdik, Abşeron rayon məhkəməsi, apelyasiya instansiyası və Ali Məhkəmə evin boşaldılması və bizə təhvil verilməsi haqda qərar çıxarıb. Ali Məhkəmə işi icraya yönəltsə də, bu proses bilərəkdən uzadılır".

İ.Hüseynovun iddiasına görə, Ali Məhkəmənin qərarının icra olunması üçün Abşeron rayon icra və probasiya şöbəsinin rəis müavini Emin Hadıyev və onun köməkçisi Hilal Nəcəfov maneələr yaradır:

"Hilal Nəcəfov bir neçə dəfə məni qəbuluna çağıraraq "bu işin qiyməti 5 min manatdır, sizə 1500 manata edərik" deyərək rüşvət tələb edib. Nəcəfov "1500 manat verin, onları evdən çıxaraq" deyərək qərarı icra etməkdən boyun qaçırır. Mən Hilalın qəbulunda olanda Züleyxa ona zəng etdi, Hilal ona dedi ki, "sən saat 12-yə kimi dediyini çatdır", sonra da Züleyxa onu hədələyib dedi ki, "sənin məndə səs yazıların var". Sonda sentyabrın 16-da icra hərəkəti təyin olunsa da, icraçılar gəlmədilər. Xəbər saytlarının əməkdaşlarını evə çağırandan sonra icra məmurları gəldilər. Onda da məlum oldu ki, Züleyxa evdə yoxdur, tanımadığımız və evdə qeydiyyatı olmayan şəxslər var. İcra məmuru da deyir ki, məhkəmənin qətnaməsində bu adamların adı yoxdur, mən onları çıxara bilmərəm. Evdə qeydiyyatda təkcə mənim anamdır. Ev mənimdir, amma o adamların kim olduğunu da bilmirik. Onların mənim mülkümdə nə işi var?! Rüşvət vermədim deyə, icra məmurları Ali Məhkəmənin qərarını icra etmədilər".

"Qafqazinfo" məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Müraciətlə bağlı araşdırma aparıldıqdan sonra sorğuya cavab veriləcəyi bildirilib.

Qeyd edək ki, İqaməddin Hüseynov tanınmış bloger Leyla Hüseynova ilə evlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930