"Ermənistan Müdafiə Nazirliyi sərt əmr verib ki, Azərbaycanla sərhəddə..." - Paşinyandan YENİ AÇIQLAMA
"Ermənistan Müdafiə Nazirliyi sərt əmr verib. Həmin əmrə əsasən, hərbi qulluqçular Azərbaycanla sərhəddə eskalasiyaya səbəb olmamalı, təxribatlara uymamalıdırlar".
Publika.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Britaniya parlamentinin İcmalar Palatasının üzvü Con Uittinqdeylin başçılıq etdiyi nümayəndə heyətinin nümayəndələri ilə görüşündə deyib.
"Sizin səfəriniz Azərbaycanla sərhəddə yeni eskalasiya ilə üst-üstə düşdü. Lakin bütün bu faktlara baxmayaraq, hökumətimiz sülh prosesini davam etdirəcək, çünki əminik ki, bunun alternativi yoxdur. Ermənistan Müdafiə Nazirliyindən heç bir eskalasiyaya yol verməmək, təxribatlara uymamaq barədə çox sərt göstəriş var", - Paşinyan bildirib.
O qeyd edib ki, sülh prosesində konkret nəticələr əldə etmək üçün hər şeyi etmək lazımdır.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın fevralın 12-də törətdiyi və bir sərhədçimizin yaralanması ilə nəticələnən təxribatına qətiyyətli “qisas əməliyyatı” ilə cavab verib.