Firuddin Əliyev: “Dağıstan turunun sayında azalma müşahidə edilir”
“Dağıstan turunun “Qırmızı kitab”a düşmə ehtimalı var”.
Oxu.Az-ın məlumatına görə, bunu Ovçuluq fəaliyyətlərinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumu zamanı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
Onun sözlərinə görə, indiki ov mövsümündə həmin növlərin vurulması faktı nə əcnəbilər, nə də yerli ovçular tərəfindən qeydə alınmayıb:
“Növlərin sayının az olması miqrasiya ilə əlaqəlidir”.
Xidmət rəisi qeyd edib ki, son iki ov mövsümündə həmin növün ovlanmasına qadağa qoyulub:
“Hazırda Dağıstan turlarının sayı dəqiqləşdirilir. Böyük ehtimal ki, həmin növlərin sayında azalma müşahidə olunur. Yekun nəticələr barədə yaxın zamanda ictimaiyyətə geniş məlumat veriləcək”.