Azad edilmiş Qostomelin son vəziyyəti - FOTO
Ukraynanın Kiyev vilayətinin ərazisində yerləşən və bir neçə gün əvvəl Rusiya ordusunun nəzarətindən azad edilmiş Qostomel şəhərinin yeni görüntüləri yayılıb.
Fotoları Qostomeldə yaşayan soydaşımız İdrak Camalbəyli öz "Facebook” səhifəsinə yerləşdirib.
Fotolarda ağır bombardman nəticəsində Qostomelin infrastrukturunun demək olar ki, tamamilə məhv edildiyi aydın görünür.
Qeyd edək ki, Qostomel şəhəri aprel ayının ikisi azad edilib.