Sumqayıt Kimya Sənaye Parkında daha bir şirkətə rezidentlik statusu verildi
İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkında “4MAPS Bilgi Teknolojileri” MMC-yə rezidentlik statusu verilib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, parkın rezidentlərinin sayı 26-ya çatıb.
Yeni rezident Parkda - 1,5 hektar ərazidə “Tədqiqat-inkişaf mərkəzinin təşkili, kartoqrafiya və naviqasiya xidmətləri” layihəsi həyata keçirəcək.
İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 750 iş yerinin yaradılması nəzərdə tutulur.