TSİKLİK ÇƏKİSİZLİK ÜRƏK SAĞLAMLIĞININ MÜHAFİZƏSİ XİDMƏTİNDƏ
Ağacan Qulam oğlu Abıyev
Azərbaycan Boks Federasiyasının
vitse-prezidenti, texnika elmləri
namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü.
Arif Məmməd oğlu Məmmədov
Biologiya elmləri doktoru,
professsor
ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) məlumatına görə, dünyada ölümün əsas səbəbi ürək-damar xəstəlikləridir. ÜST-ün saytında qeyd olunduğu kimi, bu təşkilatın proqnozuna görə, 2030-cu ildə ürək-damar xəstəliklərindən 23,0 milyon insan əziyyət çəkəcəkdir.
Ən geniş yayılmış ürək-damar xəstəliyi ürəyin işemik xəstəliyi və işemik insultdur. Damarlarda və ürəkdə dəyişikliklərin toplanması ilə əlaqədar olaraq daha çox yaşlı, qoca yaşlarında olan insanlar xəstələnirlər.
Ürək gün ərzində 24 saat istirahətsiz işləyir və bütün orqanları qanla təchiz edir. Ürəyin istirahətə ehtiyacı var, lakin şər deməsən, xeyir gəlməz. Demə, məhz istirahətsiz işləyərək ürək çəkisizlik dövründə özündə istirahət üçün resurslar tapır. Bu dövrdə ürək çox asanlıqla çəkisiz qanı heç bir gərginlik olmadan dövr etdirir. Lakin kosmosda olduğu kimi, suda daimi çəkisizlikdə olmaq, ən yaxşı variant deyil. Belə ki, kosmonavtlar sonra reabilitasiyadan keçməlidirlər. Lakin daha yaxşı variant vardır ki, bu da ürəyin sistolası ilə paralel olaraq tsiklik çəkisizilikdə olmaqdır. Bu cür variantlar 25-30 dəqiqə müddətində orta və uzaq məsafələrə stayer qaçışı zamanı baş verir. Beləliklə, insan yüngül atletikanın qaçış (1500 m - 3000 m) növləri, üzgüçülük, futbol, basketbol, həndbol kimi idmanın oyun növləri ilə məşğul olaraq tsiklik çəkisizilik şəraitini yaradır. Bunun nəticəsində də ürəyin resurslarını yüksəldir. Belə ki, qan çəkisizdir və arterial damarlara qanın yönəldilməsi miokard üçün problem yaratmır.
Bəzən soruşurlar ki, əgər insan 20-30 dəqiqə qaçırsa, ürəyə necə dinclik vermək olar? Əgər 1500-3000 metr qaçmaq əvəzinə insan kölgədə istirahət etsə, ürəyə yaxşı olmazmı? Bu suala cavab vardır. Bilmək lazımdır ki, insanın yatdığı və saatlarla işdə oturduğu vaxt ürək üçün ən çətin saatlardır. Bu zaman 4-5 litr qanın hərəkəti üçün bütün gərginlik, bütün ağırlıq miokardın payına düşür. Hətta adi yeriş ürəyə dəstək verir. Lakin sağlamlığa ən başlıca dəstək, miokardın sistolu məqamında qanın dövriyyəsinin yüngülləşməsi üçün işinin hərəkətlə dəstəklənməsidir.
Beləliklə, qaçaraq, tsiklik çəkisiziliyi əldə edirik və bununla da ürək üçün hər hansı bir böyük gərginlik olmadan çəkisiz qanın damarlara vurulmasına yardım edirik. Ürək üçün resurslar məhz bundadır.
İdmanın daha bir tərəfi var ki, onun haqqında biz heç şübhələnmirdik. İdmanla məşğul olaraq biz ürəyin həmişə formada olmasına konkret yardım edirik. Nə qədər paradoksal görünsə də, idmanla məşğul olaraq biz miokarda dinclik veririk, qanın çəkisizliyində onun damarlara vurulması kimi çətin və hər saniyədəki daimi işini yüngülləşdiririk. Qanın çəkisizliyində bununla da uzunömürlülük üçün ürəyin resurslarını artırırıq. Bu da insan ürəyinin əsas vəzifəsidir.
Yuxarıda göstərilmiş paradoks necə izah olunur?
Bədən tərbiyəsində və idmanda iki vacib məqamlar var:
1. Fiziki iş hesabına bioloji sistemdə entropiya azalır və bununla da insanın funksional sistemində turbulentlik yoxa çıxır, nizam yüksəlir və həyatın keyfiyyəti yaxşılaşır.
2. Sistola məqamında qanın çəkisizliyi ilə bağlı olaraq miokarda dinclik verilir.
Buna görə də gündəlik olaraq yaxşı yuxudan sonra səhərlər bədən tərbiyəsi və idmanla məşğul olmaq xeyirlidir. Bununla biz ürəyimizə onun gecə çətin işinə görə “minnətdarlığımızı” bildiririk. O, tək olaraq hər saniyədə bizim 4-5 litr qanımızı dövr etdirir. Buna görə də səhərlər ürəyə onun tələb etdiyini vermək lazımdır - yüngül (5-10 dəqiqə) gimnasitkadan sonra 15-20 dəqiqə üzgüçülük, parkda, bulvarda və ya stadionda hamar qaçış və ya adi yeriş. Hərəkətlərini bütün bunlar cəmi 30 dəqiqə vaxt aparacaq.
Tsiklik hərəkət - bizim funksional sistemimizdə çatışmayan budur. Bu cür bədən tərbiyəsi - idman hərəkətləri ilə insanın orqanizmi ürək sistolasına uyğun çalışır və beləliklə, tsiklik hərəkət dövründə çəkisizlik vəziyyətində ürəyin işinə dəstək verir.
İndi isə, idman hərəkətləri zamanı çəkisizlik prosesinin fizika və riyaziyyat qanunları ilə kəmiyyətcə isbat etməyin məqamı yetişib.
Gimnastika, idman akrobatikası, üzgüçülük, yüngül atletika (1200 metrdən başlayaraq qaçış fənləri) kimi bir çox idman növlərində, həmçinin futbol, basketbol, həndbol, otüstü hokkey kimi idmanın oyun növlərində qanın çəkisizliyi özünü çox bariz göstərir. Lakin birinci yerdə orta və uzaq məsafələrdə stayer qaçışı kimi idman növü gəlir. İdmanın növündən asılı olmayaraq bu cür qaçışı məşq və yarışlara hazırlıq prosesində bütün idmançılar yerinə yetirirlər. İdmanın bütün növlərinin uvertürası stayer qaçışıdır. Bu cür qaçış zamanı Nyutonun II Qanununa əsasən, idmançıya aşağıda göstərilən qüvvələr təsir edir:
mа = F = FMN - FπY (1)
Burada - m - idmançının w kütləsi
a - qaçış zamanı idmançının sürətlənməsinin təcili
FMN - ayağın əzələlərinin qüvvəsi, N (Nyuton).
FπY - Yer planetinə münasibətdə insanı əvvəlki vəziyyətə qaytaran Yerin cazibə qüvvəsi.
Məhz bu təzahür tsiklik hərəkəti yaradır.
Beləliklə, qaçış zamanı fəzada insanın ağırlığının mərkəzi sinusoid çəkir və bu sinusoidin zirvələrində insan çəkisizlikdə olur. Çünki sinusoidin zirvələrində sürətlənmə 0-a bərabərdir və ayaq əzələlərinin qüvvəsi bu idmançını Yerin cazibə qüvvəsinə bərabər edir.
Əgər FMN ˃ FπY - qaçış müsbət sürətlidir. a ˃ 0
Əgər FMN ˂ FπY - qaçış mənfi sürətlidir, a ˂ 0.
Əgər FMN = FπY - onda (1) düstura müvafiq olaraq əldə edirik: m · a =0 (2).
F= FMN - FπY =0 (2) düsturdan çıxış edərək idmançıya heç bir qüvvə təsir etmir.
Biz əldə edirik ki: a=0, çünki düsturda (2) m ≠ 0.
Əgər sürətlənmə qaçış zamanı 0-a bərabərdirsə, onda idmançı çəkisizlik vəziyyətindədir. Çünki zaman üzrə bərabər sürətli tsiklik qaçış baş verir. Beləliklə,
buradan alınır ki, υ = const.
Bu halda dəyişməz sürət üzrə qaçışda idmançı dövri olaraq çəkisizlikdədir.
Buna görə də hərəkət etmək vacibdir: yerimək, qaçmaq, üzmək. Bütün bu hərəkətlər tsiklik çəkisizliyi yaradır ki, onun hesabına ürək rahatlıqla, xüsusi qüvvə tətbiq etmədən çəkisiz qanı dövran etdirir və öz resurslarını yüksəldir. Beləliklə, ürəyin sağlamlığı öz əlimizdədir, gündəlik çalışmaq və ürəyə yardım etmək vacibdir. Bunun üçün tsiklik çəkisizlik lazımdır, çünki ürək də tsiklik işləyir.
Necə olur ki, yüngül atletika stayer qaçışı zamanı dövri çəkisizliyi yaradır?
Bunun üçün qaçışın və miokardın işinin qrafiklərini müqayisə edək. Tsiklik çəkisizlik ürək fraksiyasının böyüməsi, anaerob hüdudunun yerdəyişməsi və VO2max (şəkil 1) maksimal oksigen həcminin artması kimi mühüm fizioloji parametrləri yaxşılaşdırır.
Gün ərzində geri yerimək və qaçmaq mümkündür. Bu zaman qaçışda dövri çəkisizlik əldə edərək biz ürəyin işini yüngülləşdiririk.
1. 20-30 dəqiqəlik stayer qaçışı ilə enerji (500-600 kCoul) sərf edərək biz ürəyimizə dövri dinclik veririk. Qaçışın hesabına miokardın sistolası zamanı qanın tsiklik çəkisizliyi yaranır. Kosmonavtlarda olduğu kimi insana sonsuz çəkisizlik lazım deyil (şəkil1). O, yalnız müəyyən dövrlərdə, əsasən miokardın sistolası məqamında lazımdır. Bu proses isə böyük ehtimalla stayer qaçışı zamanına təsadüf edir.
2. Bədən tərbiyəsinin köməyi ilə “tələb olunmayan” enerjinin azalması orqanizmin fizioloji proseslərinin nizamlanmasına və sinxronlaşmasına gətirib çıxarır. Buna görə hər gün tələb olunmayan enerjini özündən kənarlaşdırmaq və bununla da orqanizmin fizioloji təzahürlərini pisləşdirən xaos və entropiyasını azaltmaq vacibdir. Şəkil 1-də idmançının ağırlıq mərkəzinin kardioqramı (punktirli xətt) əks edilib. Müntəzəm stayer qaçışı zamanı - şəkil 1-də PQRST nöqtələri miokard sistolasının çəkisizliklə (A, C, E nöqtələri) bir-birinə uyğun gəlməsi zamanı tam tsiklini və yəni çəkisizlik məqamını göstərir.
Beləliklə, hələ qədim sivilizasiyalarda peyda olmuş mədəniyyət və incəsənət kimi bədən tərbiyəsi də, insanın inkişafı prosesində onun ayrılmaz hissəsinə çevrilib.
Xüsusi qeyd etmək lazımdır ki, mədəni dəyərlər ümumi dəyişmə əsasına malikdirlər və bu harmoniyaların qavrayışı insana, onun fizioloji göstəricilərinə müsbət təsir edir. Onun funksional sistemində rezonans vasitəsilə mənəvi gözəlliyi, nizamı və gözəl əhval-ruhiyyəni yaradır.
İnsanın qavrayışının təbiəti vibrasiya ilə (Pifaqora görə) bağlıdır. Bu zaman harmonik xarakterə malik bütün daxil olan informasiya orqanizmin funksional sisteminin vibrasiyalarında dövriliyi artırır və rezonans baş verir.
Beləliklə, mədəni dəyərlərin qavranışı və bədən tərbiyəsi orqanizmin fizioloji proseslərini sinxronlaşdıraraq optimal şəraiti yaradır. Bununla da, “sağlam insanın” sağlamlığını yüksəldir. Bu isə bəşəriyyətin XXI əsrdə dayanıqlı və mütərəqqi inkişafına gedən yeganə yoldur.
Ədəbiyyat:
1. Анохин П.К. Кибернетика функциональных систем/Под редакции Судакова К.В..-М.1998.,с.399
2. Абиев А.Г., Мамедов А.М. Культурные ценности как негентропия для живой природы. Сборник научных трудов Института Физиологии Национальной Академии Наук Азербайджана, том. XXIX, Баку-2011, с.147
3. Гуменюк В.А., Батов Н.Я. и др., Системный анализ корригирующего действия цветомузыки. Вестник РАМН, 1998, №2 с.11
4. Мамедов А.М.,Судаков К.В. Нормальная физиология. Изд. Медицина, Баку-2011.
5. Судаков К.В. Общая теория функциональных систем, АМН СССР. М.1984, с 224.
6. Черкизов А. Нейронное механизмы цветового зрения. Москва, 1999.