Çavuşoğlu: “Türkiyə Ukraynanın təhlükəsizliyinin təminatçısı olmağa hazırdır”
Türkiyə Ukraynanın təhlükəsizliyinin qarantına çevrilməyə hazırdır.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Türk”ə müsahibəsində bəyan edib.
O qeyd edib ki, bunun üçün əvvəlcə sözügedən rolun nədən ibarət olmasını anlamaq lazımdır.
Nazir həmçinin, hazırda Azov dənizində blokada qalan Türkiyə gəmiləri barədə də məlumat verib.
"Müxtəlif məhsullar, o cümlədən qarğıdalı, buğda, günəbaxan yağı daşıyan bəzi gəmilərimiz üzən minalarla bağlı vəziyyətə görə hələ də Azov dənizində blokadadır. Söhbət 22 gəmidən gedir”, - deyə o, qeyd edib.