bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

"Həyat ötən günlər deyil, yadda qalan günlərdir"

30-05-2022, 21:28 288 dəfə baxılıb

"Həyat ötən günlər deyil, yadda qalan günlərdir"


Qərib bir məzarda yatan Şəhidim!

Şəhidlər məzarı qarşısında mən,
Baş əydim, qəlbimdə min bir yarayla.
Ruhunu oxşayıb qərib məzarın,
Səs saldım gecəyə ahla fəğanla.

Qərib bir məzarda yatan Şəhidim,
De mənə qəlbindən keçənləri sən.
Qərib bir məzarda yatan Şəhidim,
Qaldımı qəlbində son arzu, istək?

Sən getdin qəlbində Vətən eşqiylə,
Sözsüz ki, ucaldın gözlərimdə Sən.
Həsrətlə həyata baxmağa dəyməz,
Deyəsən 45-i haqlamışam mən!

Qərib bir məzarda yatan Şəhidim,
Unutmaz bu Vətən, bu ellər Səni.
Səndən xatirə qalan bir nəğmə,
Demə sevgimizi yaşatmaq üçün,
Hədiyyə olundu ömürlük mənə...

27.12.2020 ci il Bakı şəhəri.
Qızıl Qələm media mükafatı laureatı
Şəhla Yaşar (Qəmbərova)

ANAMIN ÖLÜMÜ BIR NEŞTƏR KIMI,
SANCILIB QƏLBIMƏ XƏBƏRINIZ YOX!!!
(anam Mirtamama ithaf)

Gözlərimin nuru, saçimin taği,
Saçlarin dağlarin bəm-bəyaz qarı.
Analar anasi, başımın taci,
Ana, həsrətindən bölündüm yari...

Sonsuz yoxluğundan bölündü yarı,
Sənə olan sevgim bitməzdi axı.
Səssiz ölümünlə çəkdin sən dağı,
Anamla birlikdə öldüm mən axı...

Anam namazınla, savablarınla,
Bizim ömrümüzdə əritdin qarı.
Dünyaya gətirdin, böyütdün axı,
Nəvənin toyunu görsəydin barı...

Suallar içində bir bənövşətək,
Boynumuz büküldü, kor olduq axı.
Bülbülə həsrətli iki çiçək tək,
Anam yoxluğuna alışdıq axı...

Çalınsa Vağzalı eşitməz axı,
Analar anası, başımın tacı.
Sonsuz məhəbbətdir bölünmür axı,
Analar duası, Anam laylası...

Şəhla Yaşar qızı Qəmbərova
01. 03. 2012-ci il Bakı şəhəri.

"Həyat ötən günlər deyil, yadda qalan günlərdir"

Qarabağ Azərbaycandır!
(mühaibə iştirakçılarına ithaf olunub)

Müharibə başladı,
Bircə ayda qocaldım,
Məni yaşadan ancaq ,
Bacımın əziz oğlu,
Nişanlı balasının
Iliq xoş səsi idi.
Şux səsiylə arada,
Zəng edərək deyirdi:
Necəsən əziz xalam?
Deyirdim gözəl balam,
Muğayat ol canından!
Allahıma əmanət
Eyləmişəm mən səni,
Müharibə bitincə,
Sevindir sən də məni!
Keçdi günlər, həftələr,
Gözlədim ümid ilə,
Bəlkə yenə zəng edər!!!
Hər kəsdən xəbər aldım,
Dedilər gözlə gələr,
Hər zaman bilginən ki,
Ənson ümidlər ölər...
Nəhayət bir gün yenə,
Zəng edərək söylədi: -
Şuşa alındı artıq!
Alınacaq inşəAllah
Bölgələr qarış-qarış!!!
Eşidib bu sözləri,
Ruhum eylədi pərvaz,
Dedim ki, əziz balam: -
Allaha əmanətsən,
Dönərsən sağ salamat!!!
Aylar keçdi gəlmədi,
Heç üzümdə gülmədi,
Dörd divar arasında
Qəlbim qübar eylədi.
Hər qapı döyüntüsü,
Düşündürürdü məni.
Gözlərim yolda qaldı,
Hər gələndən soruşdum,
Xəbər verən olmadı.
Şəhid siyahısında
Axtardın onun adın,
Bilirdim uca tutub
Vətənimizin adın!!!
Bir ay öncə zəng gəldi,
Üçünürdu bədənim,
Düşünürdüm xəbərdən,
Dayanacaq ürəyim!
Durdu nitqim, lal oldu,
Salam söyləyən dilim,
Beynimdə min bir fikir,
Sanki durdu ürəyim.
Səs gəldi telefondan,
Məhərrəmim gül balam
Xala qurban boyuna,
Çox sevincli səs ilə,
O, beləcə deyirdi,
Düşmənləri məhv edib,
Zəfər qazanmışıq biz!
Bircə anda hiss etdim,
Onun bu şux səsindən,
Gözlərim yaşla dolub,
Heç özüm də bilmədən.
Məhərrəmim gül balam
Telefonda deyirdi: -
Bilirəm ki, ağlayıb,
Hey dua edirsən sən
Zəng etdim ki, biləsən,
Sağ və salamatam mən,
Artıq bitib davamız,
İnşəAllah çox yaxında
Geri dönəcəyəm mən.
Ağlama, əziz xalam,
Gülsün sənində üzün!!!
Eşidib onun şux səsin,
Şükr etdim Tanrıma,
Dedim ey Rəbbim mənim
Çatmışam muradıma!
Sevincimdən bir anlıq,
Qibtə etdim Bacıma.
Bacım Qazi anası,
Əllərindən öpürəm,
Mərd evladı var onun,
Daima gülsün üzü!
Vətənə sadiq və mərd,
Evlad verən Analar,
Şəhidlik zirvəsində,
Ucalanda adları,
Məğrur baxışlarıyla
Vətən sağ olsun deyən
Qəlbi qubar analar
Şəhla Yaşardır adım,
Qarşınızda baş əyib
Tənzim edib ürəkdən,
Uzun ömür diləyib,
Sizə qibtə edirəm!
Qızıl Qələm Media Mükafatı laureatı
Şəhla Yaşar qızı Qəmbərova
14.02.2021ci il Bakı Şəhəri

Var cəfası sevgimizin.

Sığal çəkər incə belə,
Çiçək düzər qara telə.
Bahar ətri qoxsa belə,
İnanma sən ay sevdiyim
Var cəfası sevgimizin...
Qəlbim səni duysa belə,
Xoş sözünə uysa belə,
Fitnə fəsad olsan belə,
İnanmağa sən də çalış,
Var cəfası sevgimizin...

Gəz sən Eli qarış-qarış,
Sevmir səni artıq-barış.
Ayrılıqla sən də barış!
İnanmağa səndə çalış,
Var cəfası sevgimizin...

Yollar yonca olsa belə,
Çələng hörsə qara zülfə,
Şəkər qatsa acı dilə,
İnanmağa sən də çalış,
Var cəfası sevgimizin...

Duysan nifrət dönüb selə,
Şəhla Yaşar ölsə belə.
Qara geyin, dinmə yenə,
İnanmağa sən də çalış,
Var səfası sevgimizin...

12. 12. 2021 Bakı şəhəri.
Sevgilərlə, sizin Şəhla Yaşar (Qəmbərova)
Qızıl Qələm media mükafatı laureatı Şəhla Yaşar Qızı Qəmbərova .

Günahım boynunda, sevərsən sən də...

Eh sənə nə var ki, söz diyarındır,
Nəğməsi yarımçıq qalan mən oldum,
Getdi işvələrim, getdi nazlarım,
Qurumuş səhraya dönən mən oldum!!!

Üşüyür qəlbimdə olan yerində,
Soyuq qış gecəsi yenə mən oldum.
Tənhalıq boğacaq səni də bir gün,
Sevsəm də, sevgisiz qalan mən oldum!!!

Ömrümü yazmağa misralar yetməz,
Sevərək ayrılan yenə mən oldum!
Hər gecə yuxunda çəkərsən ərşə
Günahım boynunda, sevərsən sən də !!!

Sevin bu Vətəni sizdə mənim kimi,
İgid ərənləri ölənlər kimi...
Unudun atanı, uşaqlarınızı,
Yazın həqiqəti Sizdə mənim kimi!!!

Mən Şəhla Yaşaram unutmayın Siz,
Tarixdə yaşaram cəsur qız kimi!!!
Elim Azərbaycan, Vətənim mənim,
Qəriblik yaşamaq şan şöhrət deyil!!!

Bəxtiyar yaşayıb, xoşbəxt olmaqda
Mənə yazılıdır Tanrıdan bilin!!!

22.12.2021 ci il Bakı şəhəri.
Sevgilərlə, Şəhla Yaşar (Qəmbərova),

"Qızıl Qələm" media mükafatı laureatı Şəhla Yaşar qızı Qəmbərova

OVUTMUR MƏNİ.

Sənli günlərimə yadırğamışam,
Xəyalların belə ovutmur məni.
Olub keçənlərin günahkarıyam,
Həsrətli vüsalda ovutmur məni!!!

Günləri sayıram, ötür illərim,
Ürəyim həsrətlə döyünür mənim.
Xəyalarım dönüb coşan çaylara,
Şirin yuxularda ovutmur məni!!!

Sən gedən yollarda bitən ağacam,
Soyuq yaz günəşi ovutmur məni.
Sabahın şehiylə,axşam mehiylə,
Torpaqdan güc almaq ovutmur məni!!!

Günəşli sabaha möhtacdır ürək,
Gecikmiş məhəbbət ovutmur məni.
Ürəkdə bir deyil min arzu dilək,
Şirin xatirələr ovutmur məni!!!

Artıq öyrənmişəm sənsiz qalmağa,
Geriyə dönməyin ovutmaz məni,
Günlər ötür keçir vaxt yox saymağa,
ALLAH Məhəmmədlə sevindir məni!!!
23.03.2009 cu il.
Bakı şəhəri.
Şəhla Yaşar (Qəmbərova)
Qızıl Qələm media mükafatı laureatı Şəhla Yaşar qızı Qəmbərova,

Eşitsən inanmazsan?

(Əməkdar Jurnalist Varis Yolçuyevə ünvanlı)
Həsrətinlə gecələr alışmışam, yanmışam,
Səni islak balıncda göz yaşımla anmışam.
Xəyallarını qovub, kədərimlə qalmışam,
Eşitsən inanmazsan?, Yollarına baxmışam.

Sir dolu gecələrdə, xəyallara dalmışam,
Hara baxsam da sənin, həsrətinlə qalmışam.
Bir gecə xəyalımda ağuşunda yatmışam,
Eşitsən inanmazsan? Yollarına baxmışam.

Sənsiz keçir illərim, bil artıq qocalmışam,
Saçlarım tam ağarıb, lap solub-saralmışam.
Məcrasına sığmayan çaylar kimi daşmışam,
Eşitsən inanmazsan, sənsiz lap darıxmışam!

Gözlərimin işiği, bulud kimi dolmuşam,
Inan mənə sevgilim, həsrətindən solmuşam.
Həsrətindən balıncı, göz yaşımla yumuşam,
Eşitsən inanmazsan, yollarına baxmışam.
Eşitsən inan mənə, artıq çox qocalmışam!!!

Şəhla Yaşar.
11.11.2014 Bakı şəhəri

"Həyat ötən günlər deyil, yadda qalan günlərdir"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930