Qaracayevlər ailəsi tərəfindən təşəkkür
Qaracayevlər ailəsi tərəfindən təşəkkür
Övladımız Fatimə Qaracayeva ağır şəkər xəstəsidir. 04.03.2023-cü il tarixində bununla əlaqədar olaraq komaya düşmüşdür. Sabunçu tibb mərkəzinə müraciət etdik.
Terapevtik reanimasiya şöbəsinin həkimi ƏBILOVA GÜLAYƏ ƏLI QIZI tərəfindən yüksək diqqət və qayğı ilə müalicə olundu. Artıq 07.03.2023-ci il tarixində sağalıb və ayağa qalxıb.
Bu səbəbdən Gülayə xanıma ailəmiz adından dərin təşəkkürlərimizi bildiririk.