Britaniya Ukraynaya tərkibində uran olan mərmilər verəcək
Britaniya tərkibində tükənmiş uran olan mərmiləri Ukraynaya təhvil verəcəyini vəd edib.
Bunu krallığın müdafiə nazirinin müavini Annabel Qoldin bəyan edib.
O, Lordlar Palatasının üzvü Baron Hiltonun sorğusuna verdiyi cavabda bildirib ki, Britaniya Ukraynaya hərbi yardımın bir hissəsi olaraq, tükənmiş uranlı döyüş sursatları tədarük edəcək.
Nazir müavinin sözlərinə görə, bu, zirehli deşici mərmilər olacaq və onlar “Challenger 2” döyüş tankları ilə birgə Ukraynaya çatdırılacaq.