BNA-nın yazdığı hansı cərimələr qanunsuzdur? - VİDEO
Bakı Nəqliyyat Agentliyi tərəfindən sürücülərə yazılmış cərimələr qanunsuzdur.
Xezerxeber.az-ın məlumatına görə, söhbət kameralar vasitəsi ilə yazılan cərimələrdən gedir.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, kameralar vasitəsi ilə cərimələrin yazılması təxminən bir aydır qüvvəyə minib.
“Bu səbəbdən də BNA-nın son bir aya kimi yazdığı cərimələrin heç bir qanuni əsası yoxdur”.
Nəqliyyat eskperti qeyd edib ki, hazırda bu cərimələrdən problem yaşayan yüzminlərlə sürücü var. Onlar istər avtomobilin alqı-satqısı, istərsə də texniki baxış zamanı bu cərimələri ödəmək məcburiyyətində qalırlar.
Daha ətraflı süjetdə: