ABŞ-da Ümummilli Lider Heydər Əliyevin büstü açılacaq
ABŞ-da Ümummilli Lider Heydər Əliyevin büstü açılacaq.
Publika.az report-a istinadən xəbər verir ki, çağdaş Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar hazırlanan büst Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində qoyulacaq.
Əsərin müəllifi Azərbaycanda doğulmuş milliyətcə yəhudi olan heykəltəraş Sergey Eylanbekovdur. Büstün açılış mərasimində BMT-nin və Nyu-York şəhər administrasiyasının rəsmilərinin iştirakı gözlənilir