Bütün Ermənistan İlham Əliyevdən amnistiya diləyəcək - Erməni ekspertdən şok etiraf
ABŞ Ermənistanı xilas edib ermənilərə kömək etməyəcək, dövlətlərin maraqları Azərbaycandadır.
Publika.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu beynəlxalq politoloq, Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib.
"Dövlət Departamentinin İlham Əliyevin amnistiya ilə əlaqədar son açıqlamaları ilə bağlı mövqeyi onu göstərir ki, Amerika tərəfinin nöqteyi-nəzərindən Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququ yoxdur və Qarabağ ermənilərinə heç bir təminat verilməyəcək", - Xaçikyan əlavə edib.
O bildirib ki, ABŞ-ın maraqları Azərbaycanda cəmləşib, müvafiq olaraq Bakı, Ankara və Təl-Əviv Vaşinqtonun müttəfiqləridir.
“Heç kim təəccüblənməsin, bütün dünya bizim cəmiyyətin və dövlətin ağılsız davranışına gülür", - deyə beynəlxalq ekspert bildirib.
Xaçikyanın fikrincə, hadisələr eyni məcrada davam edərsə, o zaman bir neçə ildən sonra bütün Ermənistan İlham Əliyevdən amnistiya diləyəcək.