bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qaz sayğacına aid köhnə kartdakı məbləği yenisinə köçürmək olar?

19-08-2023, 11:28 1 dəfə baxılıb





“Azəriqaz” İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev dəyişdirilmiş qaz sayğacının (əvvəlcədən ödənişli) köhnə kartında olan məbləğin yeni karta necə köçürülməsi ilə bağlı suala aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, bunun üçün abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş “ASAN Kommunal” mərkəzlərinə yaxınlaşmalıdır.

Şöbə rəisinin sözlərinə görə, “ASAN Kommunal” mərkəzlərinə yaxınlaşan şəxslər şəxsiyyət vəsiqəsinin əsli, quraşdırılma aktı, çıxarılan və yeni quraşdırılan smart-kartları təqdim etməlidirlər.

“Qeyd edilən sənədləri təqdim etməklə köhnə kartda olan məbləği yeni karta əlavə heç bir rüsum ödəmədən köçürə bilərlər”, - deyə şöbə rəisi bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930