Azərbaycanda 5.2 bal gücündə ZƏLZƏLƏ OLDU
Kürdəmir rayonunda 5.2 maqnitudalı zəlzələ olub.
Bu barədə Publika.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələnin ocağı 52 km yerin dərinliyində yerləşib.
Təkanlar həmçinin Qəbələ, İsmayıllı, Ağsu, Ucar, Göyçay, Mingəçevir, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub.
Məlumata görə, təbiət hadisəsi 20:38-də qeydə alınıb.