bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda xəstələrə dərmanlar pulsuz veriləcək? - RƏSMİ AÇIQLAMA

3-10-2023, 13:38 3 dəfə baxılıb


“Gələcəkdə reseptlə təyin olunan dərman vasitələrinin güzəştli şəkildə əldə olunması istiqamətində layihələrin işlənilməsi nəzərdə tutulub”.

Bu barədə “Trend”in sorğusuna cavab olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, təcili və təxirəsalınmaz tibbi yardım, eləcə də, xəstəxanada yatış zamanı istifadə edilən dərman, tibbi sərf və qidalanma icbari tibbi sığorta tərəfindən qarşılanır.

“Ambulator şəraitdə tibb müəssisəsində vətəndaşa göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya, dərman və tibbi sərf də icbari tibbi sığorta ilə qarşılanır. Lakin ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri icbari tibbi sığorta təminatına daxil deyil.

Gələcəkdə reseptlə təyin olunan dərman vasitələrinin güzəştli şəkildə əldə olunması istiqamətində layihələrin işlənilməsi nəzərdə tutulub”, - deyə əlavə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031