bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

28-03-2024, 09:01 0 dəfə baxılıb




Ermənistan hakimiyyəti KTMT Parlament Assambleyasının Moskva vilayətində “Crocus City Hall” konsert zalında törədilən terror aktını pisləyən bəyanatına qoşulmayıb.

Bu barədə respublika parlamentinin spikerinin mətbuat katibi Nelli Qulyan bildirib.

Onun sözlərinə görə, “İrəvan KTMT-nin təklifini rədd edib, çünki dövlət təşkilatda iştirakını dondurub.

Qulyan Ermənistanın Moskva vilayətində terror aktı ilə bağlı bəyanata qoşulmaqdan imtina etməsini sırf KTMT ilə bağlı məsələlərlə əlaqələndirib. O vurğulayıb ki, respublika rəhbərliyi “Crocus City Hall”da baş vermiş faciə ilə bağlı dəqiq mövqe nümayiş etdirib. Xüsusilə parlamentin spikeri Alen Simonyan öz “Telegram” kanalında başsağlığı verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031