bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Avropa çempionatında 4-cü yeri tutub

17-02-2024, 11:18 0 dəfə baxılıb




Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında komanda hesabında 4-cü yeri tutub.

Oxu.Az-ın məlumatına görə, yığma iki qızıl, bir bürünc medalla buna nail olub.

Aktivinə 83 xal yazdıran kollektiv 27 komanda arasında dördüncü pillədə qərarlaşıb. Komanda hesabında birinci yeri 147 xalla Ukrayna tutub. Türkiyə (142) ikinci, Rumıniya (101) isə üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində Mariya Stadnik (50 kq) və Alyon Kolesnik (59 kq) qızıl, Elis Manolova (65 kq) bürünc medal qazanıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031