bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

28-03-2024, 09:07 0 dəfə baxılıb




Bu gün 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb.

“Report”un yerli bürosu xəbər verir ki, səfər Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən təşkil edilib.

Öncə şəhid ailələri ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüblər. Şəhid valideynləri Qarabağın tacı Şuşada aparılan abadlıq-quruculuq işləri ilə tanış olacaqlar, qədim şəhərin tarixi yerlərinə baş çəkəcəklər.

Həmçinin şəhid ailələri Xocavənd rayonuna da gedəcəklər.

Qeyd edək ki, ötən ilin dekabrında da bir qrup şəhid ailəsinin Şuşaya səfəri təşkil olunmuşdu. Qarabağa səfərlər bundan sonra da davam etdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031