bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Xaricdən mal sifariş verənlərə XƏBƏRDARLIQ - VİDEO

25-03-2024, 15:12 0 dəfə baxılıb






Bağlamaların çatdırılması ilə bağlı vətəndaşlara “Azərpoçt”un adından saxta SMS-lər göndərilir.

Publika.az xəbər verir ki, kiberdələduzlar vətəndaşlara mesajlar göndərərək çatdırılma ünvanının yanlış olduğunu deyirlər. Onlar məhsulu çatdıra bilmədiklərini deyirlər və ünvanın yenilənməsi üçün vətəndaşları saxta keçidlərə yönləndirirlər.

İnformasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev bildirir ki, belə mesajların göndərilməsində məqsəd vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsidir.

Ekspert naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatları qarşı tərəfə ötürməməyi tövsiyə edir.

Qeyd edək ki, “Azərpoçt” MMC də bununla vətəndaşlara xəbərdarlıq edib. Rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirmək tövsiyə olunur.

Ətraflı "Xəzər Xəbər"in süjetində:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031