bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Pensiyalarla bağlı vacib məlumat: Yanvar ödənişi artımla olacaq?

9-01-2024, 08:27 1 dəfə baxılıb







Hər ayın 7 və 8-də pensiyalar verilir. 2024-cü ildən pensiyaların məbləğində artımlar olacaq. Bəs ödənişlər nə zaman veriləcək?

Publika.az baku.ws-ə istinadən xəbər verir ki, bu sual ilə bağlı “qaynar xətt”ə müraciətlər daxil olub.

Eyni zamanda, bu məsələ ətrafında sosial şəbəkələrdə də müzakirələr aparılır. Hətta deyilir ki, yanvar ayında ödənişlər 10-dan veriləcək. Həm də, pensiyalar artımla ödəniləcək.

Qeyd edək ki, hər il pensuya və təqaüd artımları yanvar ayından deyil, fevral ayından verilir. Yanvar ayının artım hissəsi də, fevral ayında kartlara yüklənir.

Məsələyə aydınlıq gətirmək üçün Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, pensiya və təqaüdlərin gecikdirilməsindən söhbət gedə bilməz. Bu həftə yeni iş həftəsidir.

“Yaxın günlərdə əhaliyə ətraflı məlumat veriləcək”, - deyə qurumdan bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031