bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Daha bir qadın güləşçimiz Avropa çempionu oldu

16-02-2024, 08:21 0 dəfə baxılıb






Azərbaycanın daha bir qadın güləşçisi Alyona Kolesnik Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Publika.az xəbər verir ki, 59 kq çəki dərəcəsində yer alan idmançı həlledici qarşılaşmada Alina Filipoviçlə (Ukrayna) üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kolesnik karyerasında ilk dəfə qitə çempionatında qızıl medal əldə edib.

Daha əvvəl Mariya Stadnik (50 kq) 10-cu titulunu rəsmiləşdirib.

Bu gün mübarizəyə qoşulan Jalə Əliyeva (57 kq) 1/4 finalda, Birgül Soltanova 1/8 finalda, Elis Manolova (65 kq) isə yarımfinala məğlub olub. Manolova sabah bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatında 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb. Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) isə üçüncü yeri tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031