bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İlanı ilə şou göstərmək istədi, həyatını itirdi – Video

30-01-2020, 11:17 2 791 dəfə baxılıb

İlanı ilə şou göstərmək istədi, həyatını itirdi – Video
İndoneziyanın Qərbi Kalimantan əyalətinin sakini nəhəng ilanı ilə qonşularının qarşısında öyünmək istəyib və nəticədə həyatını itirib.
“The Mirror” xəbər verir ki, Norcani adlı şaman beş metrlik kral kobrasını tutaraq onu bir həftə ərzində öz evində saxlayıb.

Həftənin sonunda o, kobrasını qonşularına göstərmək istəyib. İlanı çiyninə dolayan Norcani onunla oynamağa başlayır.

Gözlənilmədən kobra onun üzünə tərəf həmlə edir, lakin Norcani gülümsəyərək bu hücumu dəf edir. Lakin kişinin qoluna dolanan nəhəng ilan onu əlindən sancmağa imkan tapır.

Heç nə olmamış kimi şaman ilanın başına qapaz vurur və sancılan yerə üfürməyə başlayır. Şahidlərin dediyinə görə, Norcani tibbi yardımdan imtina edib və öz işləri ilə məşğul olub.

İki saatdan sonra vəziyyəti pisləşən şaman xəstəxanaya müraciət etməli olub. İlan zəhərinin bütün bədəninə yayılması səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb. (oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031