bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakını duman bürüdü

27-02-2023, 10:52 5 dəfə baxılıb


“Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O bildirib ki, Xəzər dənizi üzərində yaranan duman cənub-şərq küləkləri vasitəsilə Abşeron yarımadasına daxil olub:

“Gecə və səhər saatlarında yer səthinin soyuması və yerə yaxın təbəqədə inversiya qatının yaranması dumanın əmələ gəlməsinə şərait yaradıb. Bakıda və Abşeron yarımadasında, Sabirabad, Cəfərxan, Salyan, Neftçala, Biləsuvar rayonlarında duman müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb”.

G.Məmmədova əlavə edib ki, fevralın 27-dən martın 01-i axşamadək Bakıda və Abşeron yarımadasında fasilələrlə dumanlı hava şəraiti davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031