bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb

3-12-2024, 08:55 2 dəfə baxılıb



Çin və Böyük Britaniyadan olan alimlər qrupu insan qan-damar strukturlarının üçölçülü çapının yeni metodunu hazırlayıb. Perspektivdə bu, dərmanların sınağı üçün heyvanlardan istifadədən imtina etməyə kömək edəcək.

Tədqiqat "Angewandte Chemie" (AnCh) elmi jurnalında dərc edilib.

PRINCESS (implant edilmiş hüceyrələrin çap strategiyası) adlanan yeni metod biosürtkü kimi xüsusi DNT-hidrogel növündən istifadə edir ki, bu da insan tükündən (80-110 mkm) daha nazik olan 70 mikrometrə (mkm) qədər diametrli ən kiçik mikrovaskulyar şəbəkəni uğurla çap etməyə imkan verir.

Layihənin müəllifləri bildirirlər ki, onların modelinin tətbiqi təkcə humanistlik baxımından deyil, həm də tədqiqatların daha yüksək effektivliyi və dəqiqliyi ilə şərtlənir.

"Heyvanlarda sınaq həmişə insanın dərmana reaksiyasını tam proqnozlaşdırmır, ona görə də insanlarda daha real sınaq mexanizmi hazırlamaq lazımdır və mikrodamarlar onun əsas aspekti olacaq", - deyə tədqiqatın həmmüəllifi, Böyük Britaniyanın Stratklayd Universitetinin professoru Vilyam Şou qeyd edib.

Mütəxəssislər hesab edirlər ki, onların kəşfi regenerativ təbabətdə də irəliləyişlərə nail olmağa imkan verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031