bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qarabağ Universiteti ilə bağlı YENİ XƏBƏR

1-12-2024, 10:51 0 dəfə baxılıb



"Növbəti tədris ilində Qarabağ Universitetinə 1 500-ə qədər tələbənin qəbulu planlaşdırılır".

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

"Ola bilər ki, bu rəqəm dəyişə də bilər. Əsasən mövcud fakültələr üzərindən yeni ixtisaslar yaradılacaq. Mövcud fakültələrdə müəllimlik ixtisaslarında yeni sahələr - kimya, biologiya, fizika və coğrafiya müəllimliyi olacaq. Bundan əlavə, mühəndislik ixtisaslarının da sayı artacaq. Tibb fakültəsinin də açılmasını planlaşdırırıq", - nazir bildirib.

E.Əmrullayev qeyd edib ki, Universitetin iki yeni korpusunun tikintisində ilkin işlər aparılıb.

Nazir vurğulayıb ki, növbəti ildən türkdilli dövlətlərdən və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən tələbələrin Qarabağ Universitetində təhsil alması planlaşdırılır. O, növbəti ildə də Qarabağ Universitetində təhsilin dövlət sifarişli olacağını əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031