bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Müğənni: “Günümə 60 min avro gəlirim olurdu, indi dostların hesabına dolanıram”

14-01-2021, 15:30 880 dəfə baxılıb

Müğənni: “Günümə 60 min avro gəlirim olurdu, indi dostların hesabına dolanıram”
"Dostlarımın hesabına dolanıram. Heç bir gəlirim yoxdur. Yaxşı ki, etibarlı dostlar var. Amma nə qədər olar?".

Bizimlider.com xəbər verir ki, bu sözləri müğənni İlahə Fəda "Elgizlə izlə" proqramında deyib. İşsiz olan sənətçi payızda başına gələn hadisəni danışıb. O bildirib ki, restoranda qabyuyan belə işləməyə razı olub:

"Karantindən əvvəl hələ restoranlar bağlanmamışdı. Anamla xəbərlərə baxanda gördüm ki, bir kafedə qabyuyan axtarılır. Səhər ikimiz də yuxudan oyandıq, getdik ora işləməyə. Amma işə götürmədilər. Tanıdılar, elə bildilər ələ salıram. İki diplomum var, dedim, konservatoriya diplomum işə yaramır, o birini istifadə edim. O da alınmadı.

Bir vaxtlar çox yaxşı pul qazanırdım. Günümə 60 min avro gəlirim olurdu. Amma biznesim çökdü"./Axşam.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031