bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanlı müğənninin üstündə DAVA DÜŞDÜ - QIZ KƏLLƏ-BEYİN TRAVMASI ALDI

1-02-2021, 11:32 882 dəfə baxılıb

Azərbaycanlı müğənninin üstündə DAVA DÜŞDÜ - QIZ KƏLLƏ-BEYİN TRAVMASI ALDI
Rusiyada yaşayan azərbaycanlı ifaçı Nəvai Bəkirov xanımlar arasında mübahisəyə səbəb olub.

Belə ki, Moskvanın "Secret Room" gecə barında həmyerlimiz üstündə dava düşüb.

"RenTV" telekanlının məlumatına görə, "HammAli & Navai" qrupunun solisti olan Nəvai Bəkirov öz rəfiqəsilə adıçəkilən bara gəlib. Burada bir çox xanımlar azərbaycanlıya yaxınlaşaraq ona diqqət göstəriblər.

Bu xanımlardan biri də aktrisa, model və "Mobil sarışınlar" qrupunun keçmiş üzvü Svetlana Stepanovskaya olub. Nəvaini digər xanımlara qısqanan rəfiqəsi bütün hirsini məhz Stepanovskayadan çıxıb.

Əlbəyaxa döyüş zamanı Svetlana kəllə-beyin və döş qəfəsi nahiyəsindən zədə alıb. Modelin üz-gözü də çızılıb.

Zərərçəkmiş təcili yardım vasitəsilə hadisə yerindən aparılıb. Məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılır.(oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930