bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bu, qocalmanı ləngidir - Rus mütəxəssis

Bugün, 14:33 0 dəfə baxılıb



Fermentləşdirilmiş qidalar olduqca faydalıdır. Onlar həmçinin qocalmanı yavaşladır.

Bunu rusiyalı qastroenteroloq Lyudmila Suxorukova deyib.

Mütəxəssis fermentasiyanın bir sıra maddələrin parçalanmasına və həzmin yaxşılaşmasına kömək etdiyini bildirib:

"Fermentasiya edilmiş qidaların sızanaqları solduran, həmçinin dərinin qocalma prosesini yavaşladan faydalı xüsusiyyətlərə malik olduğu sübut edilib. Onu da xatırladım ki, fermentasiya zamanı süd məhsullarında orqanizm üçün vacib olan probiotiklərin və prebiotiklərin olur. Birincilər mədə-bağırsaq xəstəlikləri üçün faydalıdır və ürək yanması, qəbizlik və ishal kimi simptomları aradan qaldırmağa kömək edir. Probiotiklər də qaraciyərdən artıq yağları çıxarmağa və hətta artrit əlamətlərini azaldır. O cümlədən, laktik turşu məhsulları süni əlavələr olmadan probiotiklərlə zəngindir. Məsələn, turşu kələm və duzlu xiyarda da olur. Probiotiklərin daimi istehlakı həzmə çox müsbət təsir edir, həmçinin immunitet sistemini gücləndirir və orqanizmdə enerji səviyyəsini artırır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930