bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Leysan, dolu - Sabahın hava PROQNOZU

24-09-2022, 15:30 22 dəfə baxılıb

Leysan, dolu - Sabahın hava PROQNOZU



Azərbaycan ərazisində sentyabrın 25-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənmə ehtimalı var.

Havanın temperaturu gecə 17-19°, gündüz 20-22°, Bakıda gecə 17-19°, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19°, gündüz 21-16°, dağlarda gecə 4-7°, gündüz 8-13° isti olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30