bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İmmunoloq həyəcan təbili: “X xəstəliyinə” hazırlaşmalıyıq

15-01-2024, 08:32 0 dəfə baxılıb




“Dünya ictimaiyyətini ölümcül “X xəstəliyinə” hazırlamaq gələcək pandemiyalarla daha yaxşı mübarizə aparmağa imkan verəcək”.

Bunu rusiyalı immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov deyib.

Onun sözlərinə görə, gələcəkdə pandemiyaya səbəb ola biləcək bir sıra patogenlər var. Mütəxəssis bildirib ki, onlar mütləq böyük epidemiyaya səbəb olmayacaq, lakin belə potensiala malikdirlər. Mütəxəssislər koronaviruslar, hemorragik qızdırmalar, Zik virusu, Nipah virusu və başqaları kimi patogenlərə nəzarət edirlər.

Kryuçkov qeyd edib ki, mütəxəssislər “X xəstəliyinə” ilk yoluxma halını müəyyən etdikdən sonra qısa müddətdə dərman hazırlamaq və istifadə etməyə imkan verəcək mexanizm hazırlamaq istəyirlər.

Davosda keçiriləcək beynəlxalq forumda onlar bəşəriyyətin yeni bir pandemiya ilə qarşılaşacağı (və ya qarşılaşdıqda) halda nə etməli olduğunu müzakirə edəcəklər. ÜST əvvəlcədən hesablayır ki, hələ də məlum olmayan xəstəlik koronavirusdan 20 dəfə daha təhlükəli ola bilər. Gələcək pandemiya üçün ən çox ehtimal olunan namizədlər arasında quş qripi, hemorragik qızdırmalar, Zik və Nipah virusları var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930