bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi

25-11-2024, 10:31 0 dəfə baxılıb



Son günlər Ermənistana xüsusilə Hindistandan müxtəlif növ hərbi texnikanın tədarükü və yeni hərbi müqavilələrlə bağlı yayılan məlumat və görüntülər Ermənistan Müdafiə Nazirliyini narahat edib.

Ermənistan MN medianı “silahlı qüvvələrinin müdafiə qabiliyyətinin genişləndirilməsi məqsədilə silahların alınması, eləcə də satınalma danışıqlarının təfərrüatı ilə bağlı həqiqətə uyğun olmayan” materialların yayımlanmasından çəkinməyə çağırıb.

“Müdafiə Nazirliyi informasiya təhlükəsizliyini qorumaq məqsədilə bir daha bu cür materialları dərc etməzdən əvvəl Müdafiə Nazirliyi ilə müvafiq dəqiqləşdirmə və düzəlişlər etməyə çağırır”, - bəyanatda bildirilib.

Qeyd edək ki, sonuncu dəfə 21 noyabrda Ermənistanın Hindistandan daha 78 ədəd ATAGS haubitsaları alması üçün danışıqlar aparıldığı barədə Hindistan mediası məlumat yaymışd.

Ermənistan bundan öncə 6 ədəd ATAGS tədarük edib və sınaqlardan keçirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031