Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
“Qərb Rusiyanın nüvə silahından istifadə edəcəyini gözləyirdi, lakin Putinin “Oreşnik” raketlərindən istifadə etməsi hadisələrin gözlənilməz dönüşünə səbəb oldu”.
Bu barədə rusiyalı mütəxəssis Olqa Uskova deyib.
Onun sözlərinə görə, Qərb ölkələri Kiyevdəki səfirliklərini gizli şəkildə təxliyə etmək ssenarisini əvvəldən hazırlayıb.
“ABŞ Ukraynaya Rusiyanı vurmaq üçün uzaqmənzilli raketlər verməklə qlobal toqquşma ssenarinin işə düşməsinə zəmin yaradıb. Onların planı Ukrayna ordusunu tamamilə məhv etmək və Kiyevdəki səfirliklərini bağlayaraq, sakit şəkildə qaçmaq idi.
Kiyev də Vaşinqtondan gələn məlumatlara əsaslanaraq, Rusiyanın RS-26 qitələrarası ballistik raketdən istifadə edəcəyini, bunun qeyri-nüvə olmayacağını bəyan etmişdi. Putinin gedişi bu planları pozdu”, - Uskova bildirib.