bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Muxtar Babayev: "COP29-a sədrlik fəaliyyətimiz davam edəcək"

24-11-2024, 10:15 0 dəfə baxılıb



COP29 sədrlik fəaliyyətimiz il ərzində davam edəcək və Braziliyanın COP30-a sədrlik fəaliyyətinə dəstək verəcəyik.

Bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən COP29-un yekun plenar sessiyasında bildirib.

"Biz hamını yeni milli səviyyədə müəyyən edilmiş töhfələrini fevrala qədər təqdim etməyi tövsiyə edəcəyik. Braziliyanın gələcək sədrlik fəaliyyətini dəstəkləyəcəyik və Rio konvensiyaları arasında tərəfdaşlıq əlaqələrini gücləndirməyə davam edəcəyik," - o bildirib.

M.Babayev həmçinin COP29 konfransına qatılan bütün iştirakçılara Azərbaycana iqlim məsələsində göstərilən etimada görə təşəkkürünü bildirib.

"Bu imkanları bizə verdiyiniz üçün minnətdaram. Gəlin, birlikdə irəliləyək və yaşıl dünya naminə həmrəyliyimizi nümayiş etdirək," - o əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031