bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Meymunçiçəyi virusu əvvəlkindən daha sürətlə yayılır: ÜST-dən XƏBƏRDARLIQ

17-08-2024, 12:40 1 dəfə baxılıb

Meymunçiçəyi virusu (mpox) əvvəlkindən daha sürətlə yayılıb, həmçinin yüksək ölüm nisbətinə sahibdir.

Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Margaret Harris xəbərdarlıq edib.

O, bu xəstləliyin xüsusilə immun sistemi zəif olanlar və uşaqlar üçün daha təhlükəli olduğunu bildirib.

Harris meymunçiçəyinin hazırda müəyyən bir müalicəsinin olmadığını, lakin dəstəkləyici müalicələrin bu virusa yoluxan xəstələr üçün istifadə edildiyini qeyd edib.

Meymunçiçəyi hallarının təmas yolu ilə yayıldığını dilə gətirən Harris daha çox yayılmanın qarşısını almaq üçün bu məsələni diqqətdə saxlamağa çağırıb.

Qeyd edək ki, Afrikada meymunçiçəyi (mpox) xəstəliyinin yayılması Ümumdünya Səhiyyə Təşkilatının meymunçiçəyini səhiyyə sahəsində fövqəladə vəziyyət elan etməsinə səbəb olub. Artıq Avstraliya, İsveçrə və Pakistanda ilk yoluxmalar qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930