bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Sülh müqaviləsinin razılaşdırılmayan iki bəndi: Bakı İrəvandan nə tələb edir?

Bugün, 10:56 0 dəfə baxılıb



Azərbaycanla Ermənistan arasında hazırlanan sülh müqaviləsində razılaşdırılmayan iki bənd var.

Bunu “Hraparak” nəşri Ermənistanın diplomatik mənbələrinə istinadən yayıb. Bildirilir ki, Azərbaycan iki şərtin yerinə yetirilməsini tələb edir:

Ermənistan-Azərbaycan sərhədindən üçüncü ölkə qüvvələrinin çıxarılması və beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddiaların rədd edilməsi.

“Birinciyə gəlincə, bu tələb Aİ müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədində missiya yerinə yetirmədiyi zaman irəli sürülüb və problem yalnız Rusiya sərhədçilərinə aid olub, ER hakimiyyəti buna etiraz etməyib, lakin Azərbaycan sonradan bu tələbi yenidən formalaşdırıb və Aİ müşahidəçilərinin də sərhəddən çıxarılmasını tələb edir.

Bu arada Qərb Aİ müşahidəçilərinə qalmaq və regional hadisələri izləməyə davam etmək üçün təzyiq edir, ona görə də gələn ilin fevralında başa çatacaq razılaşmanın müddəti uzadılmalıdır”, - nəşr yazıb.

Nəşr qeyd edir ki, Ermənistan beynəlxalq məhkəmələrdə iddialardan imtina tələbi ilə razılaşmayıb, amma prinsipcə buna qarşı deyil. Sadəcə Azərbaycanın da iddialardan imtina etməsini istəyir.

Amma aydındır ki, Azərbaycan bununla razılaşmayacaq. Çünki 30 il ərzində işğala məruz qalan, böyük bir ərazisi yağmalanan, infrastrukturu, təbiəti talan edilən Azərbaycan olub. Bunu törədənlər isə hesab ödəməlidirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930