Ömrü uzadan və cavan qalmağa kömək edən qidalar
Biz xeyrinə-ziyanına baxmadan yeyilməsi mümkün olan çox şeyi yeyirik, ya da yemirik. Amma elə qidalar var ki, onları yemək vacibdir. Çünki bu insana sağlam bir ömür sürməyə, cavan qalmağa və uzun ömürlü olmağa kömək edir.
Sağlam və balanslı qidalanma hər kəs, xüsusilə də uşaqlar üçün çox əhəmiyyətlidir. Çünki kifayət qədər sağlam məhsullarla qidalanmayan uşaqların fiziki və zehni inkişafları geridə qalır, sağlamlıq problemləri çox olur.
Milli.Az sputnik-ə istinadən insan ömrünü uzadan, sağlam olmağa və gənc qalmağa kömək edən çox faydalı qidaları təqdim edir.
Zeytun
Zeytun yağı qaraciyərin işləməsini təmin edir. Qaraciyər ağrılarını kəsir. Zeytunun yarpaq və qabıqları yüksək təzyiqi aşağı salır. Qandakı şəkərin miqdarını azaldır. Bağırsaq soxulcanlarının yoxa çıxmasına köməkçi olur.
Yulaf (vələmir)
Uşaqların həzm çətinliklərini aradan qaldırır. Bədəni və ruhi yorğunluqların qarşısını alır. Qandakı şəkərin miqdarını azaldır.
Soğan-sarımsaq
Yüksək təzyiq və ürək xəstəliyi təhlükəsini azaldır. Soğan mədə xərçənginə tutulma riskini, sarımsaq isə bağırsaq xərçənginə tutulma riskini azaldır. Sarımsağın tərkibində olan maddələr hüceyrələrin zərər görməsinin qarşısını alaraq, bədəni erkən yaşlanmağa qarşı qoruyur. Antibiotik və nəfəs darlığını aradan qaldıran kombinasiyaları ehtiva edən sarımsaq immunitet sistemini də qüvvətləndirir. Ürəyə və allergik xəstəliklərə qarşı təsirlidir. Soğanın tərkibində olan kimyəvi maddələr ürəyi gücləndirir və allergik reaksiyalara maneə törədir.
Badımcan
Qan azlığını aradan qaldırır. Qaraciyərin nizamlı işini təmin edir. Çəkini atmağa köməkçi olur. Böyrək ağrılarını kəsir. Sinirləri sakitləşdirir. Ürək döyünmələrini azaldır. Ancaq dəri, şəkər, mədə, bağırsaq və qaraciyər xəstəlikləri həddindən artıq çox olan şəxslər yeməməlidir.
Kartof
Həzmi asanlaşdırır, qəbizliyin qarşısını alır. Yorğunluğa qarşı təsirlidir. Bol miqdarda C vitamini və zülalla zəngindir. Halsızlığın qarşını almaqda kömək edir. Tərkibində bədənə enerji verən maddə olan karbonhidrat olan kartof C və E vitaminləri baxımından ən zənginidir. 100 qram kartofda 80 kalori, 2 qram zülal, 17 mg karbonhidrat, 7 mg kalsium, 53 mg fosfor, 20 mg C vitamini var. İlin heç bir ayında tapmaqda da çətinlik çəkməzsiniz. Kartofun qida dəyərinin böyük qismi qabığında olduğu üçün soymaq əvəzinə xüsusi bıçağı ilə qaşımaq daha yaxşıdır. Qabıqları soyularak bişirilən kartof C vitaminin 25 %-ni itirir. Bu səbəbdən kartofu qabığıyla ya buxarda, ya da az suda bişirmək lazımdır.
Kahı
Sümük əriməsinə qarşı təsirlidir. Süddən də daha çox kalsiuma sahib olan bu tərəvəz sümükləri gücləndirməsi baxımından bir nömrədir. Kahının 100 qramında olan kalsium kiçik bir stəkan südün içində olandan daha çoxdur.
Kələm
Xərçəngə qarşı təsirli olduğu bilinən tərəvəzlərin ən öndə gələnidir. Bol miqdarda B, C və E vitamini ehtiva edir. Xüsusilə, döş və rəhm xərçənginə qarşı təsirlidir. Bədəndə yığılan zəhərli maddələrin atılmasını təmin edər. Qandakı şəkər miqdarını aşağı salır. Sarılıq və öd kisəsi xəstəlikləri üçün yaxşıdır. Astmaya faydalıdır. Bağırsaq xərçənginə də güclü təsir göstərir. Kələm xərçəng hüceyrələrinin törəməsinə maneə törədən kimyəvi bir maddəyə malikdir. ABŞ-da aparılan bir araşdırmaya görə, həftədə bir gün kələm yeyənlərin bağırsaq xərçənginə yoluxma riskləri üçdə iki nisbətində azalır.
İspanaq
Ürək xəstəliklərinə, iflicə, yüksək təzyiqə, yaşlılığın gətirdiyi göz xəstəliklərinə, xərçəngə, hətta psixi narahatlıqlara qarşı təsirli bir tərəvəzdir. Göz xəstəliklərinin və dəridəki ləkələnmələrin qarşısını alır. İspanaq ehtiva etdiyi iki kimyəvi maddə sayəsində görmə narahatlıqlarını qismən də olsa aradan qaldırır. Bir boşqab ispanaq gündəlik dəmir ehtiyacımızın onda birini təmin edir.
Yerkökü
Həftədə beş dəfə yeyildiyi təqdirdə Harvardın araşdırmalarına görə, qadınlarda ürək iflic təhlükəsini 68 % nisbətində azaldır. Gündə iki kökün kişilərdə qandakı xolesterolu 10 % nisbətində azaltdığı hər kəsə məlumdur. Hər gün yeyilən bir kök ağciyər xərçəngi təhlükəsini yarıya endirir. Kökdəki Beta-karotin də gözləri yaşlılığın gətirdiyi görmə zəifliyindən qoruyur və immunitet sistemini qüvvətləndirir. Mədə və bağırsaq qanamalarının qarşısını alır, qan azlığını aradan qaldırır, ana südünü artırır, üz və boyun qırışıqlıqlarını aradan qaldırır. Dərinin qurumasının da qarşısını alır və immunitet sistemini gücləndirir.
Pomidor
Xərçəngdən qoruyan və yaşlanmağı zehni və fiziki olaraq yavaşladan bir tərəvəzdir. C və E vitaminləri ilə zəngindir. Pomidor zəngin bir kalium qaynağıdır və tərkibində çox az miqdarda duz mövcuddur. Yüksək qan təzyiqini aşağı salmağa köməkçi olur. Ürək xəstəliklərinə və prostat xərçənginə qarşı təsirlidir. "Beta karotin"ə yaxın olan likopenə sahibdir. Likopen bədəni ürək xəstəliklərinə qarşı qoruyan maddələr arasında iştirak edir. Araşdırmalar pomidorun prostat xərçəngi riskini azaltdığını göstərir. Həftədə ən az iki dəfə pomidor yeyən insanların digərlərinə nisbətən prostat xərçənginə tutulma riskləri azdır.
Buğda
Lifli məhsullar sağlam bir qidalanmanın təməlidir. Buğdanın xarici qabıqlarından əldə edilən kəpək, ümumiyyətlə, qarğıdalı növlü qidalarla istehlak edilir. Kəpəkli buğda unundan edilən peçenye və s. bağırsaqların nizamlı işini təmin edir və qəbizliyin qarşısını alır. Buğda dənəsinin özü müstəsna əhəmiyyətə malikdir. Kalsium, dəmir və sink burada saxlanılır. Qida dəyəri potensial olaraq, yulaf və qarğıdalıdan daha yüksək olan buğda bağırsaq və rektum (düz bağırsaq) xərçənginin qarşısını alma faktorlarına malikdir. Amma yulaf və qarğıdalı ilə müqayisədə həzmi bir az daha çətindir.
Qulaməli Balaşov
ADPU-nun Riyaziyyatın İbtidai kursunun tədris texnologiyası kafedrasının dosenti, riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, "Qabaqcıl təhsil işçisi", YAP-ın üzvü