bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qanda şəkərin miqdarını azaldan qidalar açıqlandı

29-12-2021, 10:35 252 dəfə baxılıb

Qanda şəkərin miqdarını azaldan qidalar açıqlandı



Rusiyalı dietoloq Yelena Solomatina bildirib ki, tərkibində lif, xrom və zülal olan qidalar qanda şəkərin miqdarını aşağı salmağa kömək edir.

Onun sözlərinə görə, məhz elə bu baxımdan liflə zəngin tərəvəzlər yemək faydalıdır.


Dietoloq bildirib ki, təbii lif emal olunmamış düyü və dənli bitkilərdə daha bol olur. Odur ki, hazır sıyıqlardan imtina etmək və bu tipli yeməkləri xam məhsullardan hazırlamaq daha məqsədəuyğundur.

“Lif qanda şəkərin miqdarını məhdudlaşdırır, onun dərhal qana keçməsinə imkan vermir, bu prosesi ləngidərək təbii dozator rolunu oynayır. Elə buna görə də bədən enerjili olur. Lakin “glikemik partlayışlar” baş vermir”, - deyə Solomatina izah edib.

Dietoloq əlavə edib ki, tərkibində protein olan qidalar da qlükozanın aktivliyinə maneə törədir. Həmçinin, tərkibində xrom olan dəniz məhsulları, qaraciyər və brokkoli də qanda şəkərin miqdarını azaltmaq üçün faydalıdır.

Mənbə: iz.ru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031