Erməni ordusunda yanğın hansı səbəbdən baş verib?
Azat kəndində hərbi hissənin sığınacağında baş verən yanğının yayılmış versiyası hazırda etibarlıdır.
Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş prokuroru Anna Vardapetyan bu gün bildirib.
“Bütün digər fərziyyələr istisnsız olaraq yoxlanılır. Təbii ki, istintaq gedir. İstintaqın aparıldığı və hazırda lazımi sübut bazasına malik olduğumuz əsas fərziyyə hökumətin iclasında qeyd edilmiş fərziyyədir. Biz heç nəyi gizlədə bilmərik və heç nəyi gizlətmək fikrimiz də yoxdur”, - Anna Vardapetyan hökumətin iclasında deyib.
İstintaq komitəsinin rəhbəri Arqişti Karamyanın sözlərinə görə, dindirilən bütün şahidlər birbaşa ifadə verirlər ki, sobanın benzinlə yandırılması ilə bağlı fərziyyə özünü doğruldub.
"Hər şey aydındır və digər versiyaları axtarmaq variantları o qədər də dürüst deyil", - deyə o bildirib.
Öz növbəsində baş nazir Nikol Paşinyan bildirib ki, istintaq tam başa çatmalıdır.
“Əgər hökumətin iclasında səsləndirilən versiyaya 180 dərəcə zidd nəsə baş verdiyi üzə çıxarsa, biz buna mane olmuruq”, - deyə Nikol Paşinyan qeyd edib