bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

ABŞ və Rusiya təkbaşına danışa bilməz, imkan verməyin - Fransadan Qərbə ÇAĞIRIŞ

13-11-2024, 17:39 0 dəfə baxılıb



Avropa ölkələri ABŞ və Rusiyanın bütün Avropaya təsir edə biləcək danışıqlara təkbaşına getməsinə mane olmalıdır.

Bu fikri fransalı diplomat və analitik Mişel Düklos "Le Monde" qəzetində bildirib.

“Biz təklif edirik ki, Avropanın aparıcı paytaxtları (xüsusən London, Paris, Berlin, Varşava və bəziləri) tez bir zamanda “anlaşma” strategiyası ilə razılaşsınlar. Məqsəd amerikalılara Avropanın nizamlanmaya töhfə verə biləcəyini və onun səsinin nəzərə alınmalı olduğunu nümayiş etdirməkdir”, - deyə materialda qeyd edilir.

Düklosun sözlərinə görə, Rusiya-ABŞ sazişinin bağlanmasına zəmanət verilmir, lakin Avropa istənilən ssenaridə çox şey itirə bilər.

O vurğulayıb ki, bütün qərarları ABŞ verir: "Bu, Barak Obamanın prezidentliyi dövründə belə olub və çox güman ki, ölkənin seçilmiş prezidenti Donald Trampın dövründə də belə olacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930