Rusiyanın bir addımlığında ABŞ bazası - Kremldən reaksiya gəldi
Polşada raketdən müdafiə sisteminin yerləşdirilməsi ABŞ hərbi infrastrukturunun Rusiyaya doğru irəliləməsi və onun potensialını cilovlamaq cəhdidir.
Rusiya sərhədi yaxınlığında Amerika bazasının açılmasını ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov belə şərh edib.
“Bu, Amerikanın Avropadakı hərbi infrastrukturunun sərhədlərimizə doğru irəliləməsidir. Bu, bizim hərbi potensialımızı cilovlamaq cəhdindən başqa bir şey deyil”, - Kreml rəsmisi bildirib.
O, belə addımların paritetin təmin olunması üçün müvafiq tədbirlərin görülməsinə səbəb olduğunu vurğulayıb.