bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

COP29 çərçivəsində Ermənistanın dağ-mədən fəaliyyətinin ekoloji fəsadlarına dair tədbir keçirilib

14-11-2024, 15:34 0 dəfə baxılıb



Noyabrın 13-də COP29-da Yaşıl Zonada Milli QHT Forumu Pavilyonunda "Environmental Protection First" (EPF) Koalisiyası "Ermənistanın dağ-mədən fəaliyyətinin Cənubi Qafqazda ətraf mühitə ekoloji təsirləri" mövzusunda yan tədbir keçirib.

Bu barədə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən bildirilib.

Koalisiyanın həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, Ermənistan hakimiyyəti dağ-mədən fəaliyyətinin ekoloji fəsadları mövzusunda hələ də susur, yerli və xarici QHT-lərin müraciətlərinə cavab vermir.

A.Məmmədov qeyd edib ki, Ermənistan beynəlxalq ekoloji norma və standartlara məhəl qoymayaraq, dağ-mədən fəaliyyətini davam etdirir, müəssisələrdə Azərbaycan və beynəlxalq təşkilatların ekoloji monitorinqlər aparılmasına şərait yaratmır.

Koalisiya üzvləri bir daha Ermənistanın dağ-mədən sənayesində işləyən şirkətləri Ətraf Mühitin Qiymətləndirilməsi Sənədlərini ictimailəşdirməyə çağırıb. Xüsusi vurğulanıb ki, bu sənədlərin ictimaiyyətdən gizlədilməsi görünməmiş hadisədir.

Koalisiyaya daxil olan "Azərbaycan Kartoqrafları" İctimai Birliyi 3 dildə - Azərbaycan, ingilis və erməni dillərində hazırlanmış "Ermənistanın mineral xammal resursları" adlı xəritə üzərində mövzunu auditoriyaya izah edib.

Xəritədə Ermənistanın dağ-mədən sənayesi fəaliyyətinin mənfi ekoloji təsirlərini ifşa etmək üçün mühüm məlumatlar əks olunub.

"Azərbaycan Kartoqrafları" İctimai Birliyinin sədri Müqabil Bayramovun sözlərinə görə, xəritədən aydın görünür ki, Ermənistan ətraf mühitə ən çox zərər vuran dağ-mədən sənayesi müəssisələrini bilərəkdən əsasən Qərbi Zəngəzur bölgəsinə - Azərbaycan Respublikası ilə həmsərhəd, transsərhəd çaylara yaxın ərazilərə cəmləşdirib.

Tədbirdə Ermənistandan ətraf mühitə ziyan vuran fəaliyyəti dərhal dayandırmaq, beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərini yerinə yetirmək tələb olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930