Baş prokurordan Tərtər hadisələrinin istintaqı ilə bağlı AÇIQLAMA
“Tərtər hadisələrindən heç kim siyasi məqsədlərlə istifadə edə bilməz”.
Oxu.Az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev deyib.
O bildirib ki, istintaq qrupu yaradılıb və intensiv istintaq aparılır:
“Biz Tərtər hadisələrinin istintaqını təzələmişik, həqiqətin bərpa olması istiqamətində bütün hüquqi proseslər yerinə yetiriləcək. İstintaq qısamüddətli proses deyil, peşəkarlar bunu bilir”.