bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bu dəfəki müsahibimiz biomasaj mütəxəssisi Samirə xanımdır

1-06-2023, 21:04 414 dəfə baxılıb













1. Samirə xanım sizi oxuyucularımıza necə təqdim edək?

Mən Salmanova Samirə Ağaşirin qızı 31 avqust 1986-cı ildə Salyan şəhərində Dəmiryolçular ailəsində doğulmuşam. Salyan 4 saylı orta məktəbdə oxumuşam. Azərbaycan Müəllimlər İnstitutunun ibtidai təhsilin pedaqogikası ixtisasından məzun olmuşam. Hazırda fizioterapiya ilə məşğul oluram. Bir çox təlimlərdə iştirak edib, bu sahədə bilik və bacarıqlarımı inkişaf etdirirəm. Çünki bu sahədə yeniliklər, müalicə üsulları günü-gündən artır.

1. İşinizi sevirsinizmi və neçə ildir bu sahə ilə məşğulsunuz?

Artıq 4 ildir ki bu işlə məşğulam. Bəli bu işimi çox sevirəm, çünki hər aldığım təşəkkür bir uğurumdur. İşlədiyim illər ərzində hər bir pasientimin aldığı nəticə məndə daha çox əzm yaradır. Həm sağlam olmaq, həm də gözəl olmaq hər bir insanın həyat missiyasıdır.


2. Bioenergi masajı nədir və neçə il olar ki, belə masaj növü Azərbaycanda tətbiq edilir?

Bu masaj bir çox ölkələrdə seçilən və diqqətlə izlənilən fizioterapiya növüdür. Akupunktur, guaşa, tuina, anmo masajı, vakuum terapiyası kimi ənənəvi Çin tibb üsullarının təsirlərini özündə birləşdirir. Bu mesajın təsiri 36 milyon dəfə hüceyrə hərəkəti daxili orqanlardan 4.1 qr toksinlərin çıxarılması deməkdir. Bioenerji masajı orqanizmdə olan mənfi ionları dəf edərək müsbət ionlarla əvəz edir. BEM masajına sağlıq, gözəllik, yeni yaşam cihazı da deyə bilərik. Cihazın enerji təhlükəsizliyi var, qoruyucu təbəqəyə sahibdir. Səbəb olan xəstəliyi aradan qaldırır. Heç bir əməliyyat olmadan tətbiq etdikdə müalicəsi mümkündür.
Azərbaycanda artıq 10 ildən artıqdır ki, bu masaj növü geniş olaraq fəaliyyət göstərir.


3. Bu masaj necə edilir və digər masajlardan fərqi nədir?

Qan dövranının yaxşılaşdırılması, yuxunun keyfiyyətinin artması, zəhərli maddələrin orqanizmdən çıxarılması, qanın təmizlənməsi, hüceyrə fəallığının artırılması, immunitetin və orqanizmin özünü bərpa etmə qabiliyyətinin artırılmasına kömək edir. Xüsusi gümüş əlcəklə masaj edilir, birbaşa sinir hüceyrələrinə təsir edir. Digər masajlardan fərqi odur ki, bir gün edilən masaj 10 gün əl masajını əvəz edir. Bunu da vurğulamaq istəyirəm ki, bu masaj ilə 100 xəstəliyin müalicəsi mümkündür. Bu xəstəliklərdən bir neçəsinin adını çəkmək istərdim : Sinir sistemi xəstəlikləri, üz sinirinin nevriti və iflici, mədə bağırsaq traktının xəstəlikləri, onurğa sütununun, boyun, bel nahiyələrinin və oynaqların xəstəlikləri,ginekoloji və uroloji xəstəlikləri, beyin və ürək damar xəstəlikləri, mədə bağırsaq xəstəlikləri, böyrək xəstəlikləri, baş ağrıları və saç tökülməsi, artıq piylərin parçalanmasında (sağlam şəkildə), həmçinin gözəllik və kosmetoloji baxımdan üz qırışlarının açılıb, botoks effekti yaratması, ostioxondroz müalicəsi, yuxusuzluğun bərpa olunması, Qastrit, iştahsızlıq, qəbizlik, toksinlərin aradan qaldırılması, xroniki prostat, menstural ağrının müalicə, şəkərli diabed, sarsıntı, anemiya və daha çox xəstəliklərin müalicəsində yüksək nəticə verir.

4. Bədənin hansı hissələrinə tətbiq etmək mümkündür?

Bədən üzvlərinin demək olar ki bütün üzvlərinə tətbiqi mümkündür. Vaxt və nöqtələr müəyyən olunduqdan sonra qaydası ilə müalicəyə başlamaq olur.
5. Faydaları nələrdir?

Bütün bədənin enerji kanallarını 1 saat təmizləməyə bərabərdir.

6. Sizə hansı insanlar müraciət edir?

Əsasən skolioz, kifoz, lordoz, bel yırtığı indiki şəraitdə ən geniş yayılmış xəstəliklərdir ki, 80% insanlar bu xəstəliklərin müalicəsi üçün müraciət edir. Müalicə kurs şəklində davam etməklə zamanla xəstəlikdən 70% yaxa qurtarmaq mümkün olur.

7. Müalicəyə neçə gün davam edilir və effekti nə qədər olaraq görülür?

Kurs olaraq 12-15 gün müddətində tətbiq olunur. Xəstəliyin dərəcəsi və xəstənin yaşından asılı olaraq davam edilir. 30-45 dəqiqə olmaqla tətbiq olunur. Effekti masaj bitdikdən 10-15 gün sonra hiss edilir.

8. Xüsusi istifadə etdiyiniz ləvazimatlar varmı?

Bəli. Bu ləvazimatlar ağrıkəsici maz, gümüşü əlcəklər, birdə BEM cihazını tətbiq edərkən istifadə etdiyim geldir.

9. Samirə xanım oxuyucularımız sizlə necə əlaqə saxlaya bilərlər.

Aşağıda qeyd olunan məlumatlarla əlaqə saxlamaq olar:
Mob: (+994) 55-259-85-84
İnstagram: bioenerjimassaj_samira
E-mail: [email protected]

Samirə xanıma dəyərli fikirlərinə görə təşəkkür edirik. Qeyd edək ki, Samirə xanım “Bizim lider” beynəlxalq ictimai-siyasi hüquq qəzeti və xəbər portalı redaksiya heyətinin qərarına əsasən Fəxri Diplomla təltif olunmuşdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930