Paşinyan Türkiyədə hansı razılığı verdi? - VİDEO
Nikol Paşinyan Türkiyədə olarkən sərhədlə bağlı ciddi danışıqlar aparıb.
Ermənistanın baş naziri iyunun əvvəlində Ankaraya səfəri zamanı iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə Türkiyə tərəfinin xüsusi nümayəndəsi Serdar Kılıçla görüşüb. Bu barədə məlumatı Ermənistanın “Past” qəzeti yayıb.
Məlumata görə, görüş zamanı müzakirələrin əsas mövzusu Ermənistan-Türkiyə sərhədinin, xüsusilə də iyul ayının ikinci yarısında “Marqara” nəzarət-buraxılış məntəqəsinin açılması imkanları olub.
“Eyni zamanda, Paşinyan Türkiyədə ictimaiyyətə açıqlanmayan bir neçə görüş keçirib”, - deyə qəzet yazıb.
Xatırladaq ki, N.Paşinyan iyunun 3-də Türkiyədə yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankarada səfərdə olub. Məhz o günlərdə də erməni mediasında bir sıra iddialar səsləndirilirdi, N.Paşinyanın, əslində, R.T.Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevə tabe olduğu mesajını vermək, qeyri-rəsmi razılıqlar əldə etmək üçün Türkiyəyə getdiyi bildirilirdi.
Erməni mediasının nə iddia etməsindən asılı olmayaraq, artıq bir fakt var ki, onu heç kim inkar edə bilməz. Ermənistanın regionda mövcud olması üçün bircə yolu qalıb: Azərbaycan və Türkiyə ilə normallaşma prosesini ən qısa zamanda yekunlaşdırmaq.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: