bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ermənistanda partiya sədri Azərbaycanla vasitəçi olmadan birbaşa danışıqlara başlamağı təklif etdi

27-07-2023, 09:01 0 dəfə baxılıb




“Bir daha təkrar edirəm: Hakimiyyətin məsuliyyət olduğunu dərk etmək və Azərbaycanla birbaşa danışıqlara başlamaq lazımdır”.

Bunu Ermənistan televiziyasına müsahibəsində Vahid Vətən Partiyasının rəhbəri Samvel Babayan deyib.

O, bildirib ki, ikitərəfli ticarətə həm Ağdam, həm də Gorus tərəfdən başlamaq lazımdır və bu, istənilən halda baş verəcək.

Partiya sədri nümayişlər keçirən separatçıları da qınayıb və bu yolla heç nəyə nail ola bilməyəcəklərini vurğulayıb.

“Dünya üçün bu nümayişlərin heç bir mənası yoxdur. Azərbaycan Türkiyənin dəstəyi ilə irəliyə gedəcək. Niyə insanlara həqiqəti demirsiniz? Müharibədə uduzduğunuz zaman oyunun qaydalarını qəbul edib bərpa olunmağa çalışmalısınız”, - Babayan bildirib.

Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, cari vəziyyətdə heç bir müsbət dəyişiklik olmayacaq.

“Müharibədə hər şeyimizi itirdik. İndi bizə vasitəçi gözləmədən yenidən yaşamaq, gündəm formalaşdırmaq və Azərbaycanla birbaşa danışıqlara başlamaq lazımdır. Biz dar ağacına getdiyimizi düşünməməliyik. Qızıl ortanı vasitəçilər olmadan tapa bilərik. Tapmasaq, fövqəldövlətlər bundan istifadə edib müharibəyə başlayacaqlar. Məsələdən divident almağa çalışan qüvvələrin kökü kəsilməlidir. Yalnız gənclərin hər şeyi başa düşməsi üçün vaxt lazımdır. Mən hakimiyyətə qarşı mübarizə aparmıram, sadəcə olaraq başa düşsünlər ki, Azərbaycanla danışıqlar aparmalıdırlar”, - o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930