Sərhədi pozan Ermənistan vətəndaşı ilə bağlı DETALLAR ÜZƏ ÇIXDI
Azərbaycan sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Raşid Aramis Begleryanla bağlı bəzi detallar üzə çıxıb.
Publika.az “Caliber”ə istinadla xəbər verir ki, o, “Laçın” keçid məntəqəsindən yan keçərək, sərhədi adlamağa cəhd edib.
Məlumata görə, Begleryan guya ki, “Spayka” humanitar yük daşıma şirkətinin sürücüsünün köməkçisidir. Lakin onun təxribatlar törətmək və ya belə əməllərə zəmin hazırlamaq məqsədilə Azərbaycan ərazisinə göndərilmiş Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu deməyə əsas var.