Qarabağdakı separatçıların rəhbəri “istefa” ərizəsini təqdim etdi
Qarabağdakı qondarma separatçı qurumun “rəhbəri” Arayik Arutyunyan “istefa” ərizəsini “parlamentə” təqdim edib.
Bu barədə Ermənistan mediası xəbər yayıb.
A.Arutyunyan 2020-ci il may ayının 21-dən terrorçu-separatçılara rəhbərlik edirdi.
Xatırladaq ki, dünən o, bir gün sonra “istefa” verəcəyi barədə özünün sosial şəbəkədəki hesabında elan etmişdi.